“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və “Diamed Development Group” MMC Abşeronda İnfuzion məhlulların istehsalı zavodunun tikilməsinə dair razılığa gəliblər.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və “Diamed Development Group” MMC arasında İnfuzion məhlulların (su tərkibli dərman - İF) istehsalı zavodunun tikilməsinə dair investisiya müqaviləsi imzalanıb. İllik istehsal gücü 20 milyon ədəd məhsul olan zavod Bakının Pirallahı rayonunda yerləşəcək. Layihənin ümumi dəyəri 13,7 milyon manat ($8 milyon) təşkil edəcək”, - “İntrerfaks-Azərbaycan”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Layihədə AİŞ-in payı 20% təşkil edir. Müəssisədə 100 nəfərədək yeni iş yerinin yaradılması nəzərdə tutulur.
“Layihənin iqtisadi cəhətdən səmərəli və rentabelli olması, eləcə də idxaldan asılılığın azaldılması və yerli istehsala dəstəyi nəzərə alınmaqla AİŞ tərəfindən zavodun tikintisinin maliyyələşdirilməsinə dəstək göstərilməsi qərara alınıb”, - nazirlikdən vurğulanıb.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 milyon manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir.
"Diamed Co" zavodu 2019-cu ilin may ayında Pirallahı Sənaye Parkında istismara verilib. Zavodun tikintisinə investisiya qoyuluşları 9,5 milyon manat (təxminən $5,6 milyon) məbləğində olub. Şirkət zavodun inşası üçün 5 milyon manat güzəştli kredit alıb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət