1-20 oktyabr tarixlərində Bakıda arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Tədbirin təşklatçıları Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasıdır.
"Bal nümunələrinin qəbulu 8-15 sentyabr tarixləri arasında “Aqrar Tədarük və Təchizat” ASC-nin anbarında baş tutacaq. Yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq”, - məlumatda bildirilir.
Sərgi-yarmarkada ənənəvi olaraq bütün növ arıçılıq məhsulları, o cümlədən bal, şanı, propolis, kosmetik kremlər və s. arıçılıq məhsulları təqdim ediləcək.
Yarmarka ucqar kənd və dağlıq ərazilərdən olan fermerlərə dəstək göstərilməsi, yerli bal məhsullarının reklam edilməsi və satışı məqsədilə hər il keçirilir.
Yarmarkada iştirak ödənişlidir, iştirak haqqı 150 manat təşkil edir.Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət