Biznesmen Emin Ağalarov yaxın illərdə “Sea Breeze Resort & Residences” kurortunun (Nardaran qəsəbəsi) ərazisində yeni obyektlər və komplekslər inşa etməyi planlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyi Rusiyanın “RBK” nəşrinə istinadən xəbər verir ki, 2023-cü ildə “Sea Breeze Resort & Residences”in ərazisində 57 mehmanxana nömrəsindən və 171 apartamentdən ibarət beşmərtəbəli “Grand Hotel”in tikintisi başa çatacaq.
Həmçinin 2023-cü ildə 14 klub tipli evdən ibarət “Polo Residences” məhəlləsi tikiləcək. Burada rezidentlər üçün özəl hovuz və restoranlar, park, velosiped yolu, uşaq meydançası nəzərdə tutulub.
Bundan başqa, 2024-cü ildə birinci sahil xəttində yerləşən, geniş çeşiddə nömrə və apartamentlərə malik 7 mərtəbəli “SkyLine Hotel & Residences” apart-otelinin açılması gözlənilir.
Bununla yanaşı, “Sea Breeze Resort & Residences”in il boyu fəaliyyət göstərən kurort kimi inkişaf etdirilməsi planlaşdırılır. Bunun üçün “Sea Breeze Mall” ticarət kompleksinin və biznes mərkəzinin tikintisi nəzərdə tutulur. Həmçinin yaxın vaxtlarda “Sea Breeze”in ərazisində “Marina Village” şəhərciyinin (tikinti müddəti - 2023-2026-cı illər) və “MediСlub” tibb mərkəzinin (açılış tarixi 2023-cü il) tikintisinə başlanılacaq.
Hazırda kurort ərazisində 100 apartamentdən ibarət dördmərtəbəli kompleksin (“White Hotel”) tikintisi həyata keçirilir. Tikinti işləri 2022-ci ilin sonunadək başa çatacaq.
Bu gün “Sea Breeze Resort & Residences” otellər, yaşayış kompleksləri, villalar, apart-komplekslər və turizm obyektlərinə malik bir neçə məhəllədən ibarətdir. Təkcə 2021-ci ildə burada 100 min kv. metr yaşayış sahəsi istismara verilib, daha 200 min kv. metr yaşayış sahəsi isə tikilməkdədir. Qonaqpərvərlik sənayesinin ən yüksək normalarına cavab verən çimərliyin uzunluğu bu gün 2,5 km-ə çatır və gələcəkdə 6 km-lik göstəriciyə yaxınlaşacaq.
“Sea Breeze Resort & Residences” - artıq sadəcə kurort deyil, “şəhər içində şəhər” konsepsiyasında elit qəsəbədir. Layihədə məktəb, uşaq bağçası, ticarət və biznes mərkəzləri, 20-dən çox restoran və bar, klinika, idman meydançaları və s. var”, - deyə “Sea Breeze Resort”un satış və investisiyalar üzrə direktoru Ayaz Tağıyev layihə ilə bağlı bildirib.
Ağalarov 2000-ci illərdən başlayaraq Azərbaycanda özünün “Sea Breeze Resort & Residences” layihəsini inkişaf etdirir. Kurort Xəzər dənizinin sahilində yerləşir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət