Azərbaycanın Baş Prokuroru Kamran Əliyev bəyan edib ki, Bakı Tehran ilə narkotiklə bağlı cinayətlərə görə cəza çəkən 137 məhbusun dəyişdirilməsi ilə bağlı danışıqlar aparır.
“Azərbaycan hökuməti narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə çox ciddi yanaşır. Azərbaycanda olan bir sıra iranlı məhbusların narkotiklə bağlı cinayətləri var və cəzaları yekunlaşan şəxslərin ekstradisiya müqaviləsi çərçivəsində ekstradisiya oluna bilər və bununla bağlı 137 məhbusun dəyişdirilməsi ilə bağlı danışıqlar aparılır”, - Əliyev Tehranda səfərdə olan iranlı həmkarı Məhəmməd Cəfər Montazeri ilə görüşü zamanı bildirib.
“İnterfaks-Azərbaycan” agentliyi İran mətbuatına istinadən məlumat verir ki, Əliyevin sözlərinə görə, onun Tehrana səfəri “həmçinin, ekoloji, humanitar, narkotiklərin qanunsuz dövriyyəsi, təhlükəsilzk və s. ikitərəfli kompleks məsələlərin müzakirəsindən” ibarətdir.
O cümlədən, Baş prokuror məlumat verib ki, istintaq zamanı İrana qaçan 41 Azərbaycan vətəndaşının Tehran tərəfindən ölkəmizə təhvil veriləcəyinə ümid edir. “Bu şəxslərin Azərbaycanın təhlükəsizliyinə təhdid hesab edildiyi üçün Azərbaycana qaytarılmasını gözləyirik”, - o qeyd edib. **
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət