SOCAR Türkiyənin TRAO şirkəti ilə birgə Batman vilayətində (Cənub-Şərqi Anadolu) neft yataqlarının axtarışı ilə məşğul olacaq.
“Batman vilayətinin valisi Əkrəm Canalp SOCAR və TRAO rəsmiləri Zəkiulla Kərimov və Həmzə Oğuzhanla görüş keçirib. Vali şirkətlər tərəfindən bölgədə həyata keçiriləcək neft ehtiyatlarının kəşfiyyatı işləri barədə məlumatlandırılıb”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, görüş zamanı Kərimli bildirib ki, şirkətlər 2022-ci ilin mart ayında İstanbulda keçirilən neft sammitində Azərbaycanla Türkiyə arasında imzalanmış saziş çərçivəsində Batmanda çox mühüm qazma işləri həyata keçirmək niyyətindədir.
“Bölgədə aparacağımız qazma işləri zamanı neft aşkar etsək, şad olarıq. Neft ehtiyatlarının kəşfiyyatı ilə bağlı birgə fəaliyyətimiz ölkələrimiz arasında əməkdaşlığı daha da dərinləşdirəcək”, - deyə o vurğulayıb.
Xəbər verildiyi kimi, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan 2021-ci il iyunun 15-də Şuşaya rəsmi səfəri zamanı bəyan etmişdi ki, zəngin bilik və təcrübəyə malik olan Azərbaycan və Türkiyə qazma işləri sahəsində birgə addımlar ata bilər. Onun sözlərinə görə, bu məsələni Prezident İlham Əliyevlə müzakirə edib və Azərbaycan lideri bu istiqamətdə işləməyə hazır olduğunu bildirib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət