Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $48,4 milyon satıb.
Sentyabrın 8-də keçirilən hərracda banklara $43,8 milyon məbləğində xarici valyuta satılmışdı.
“Hərracda tələb $48,4 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.
ARDNF 2022-ci ilin yanvar-avqust aylarında valyuta hərraclarında $3 milyard 392 milyon (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma 9,3%) satıb.
2021-ci ildə ARDNF valyuta hərraclarında $6 milyard 679 milyon məbləğində vəsait (2020-ci ilin göstəricisi ilə müqayisədə azalma 8,6%) satıb.**
B.Rüstəmbəyov
Parlament 2024-cü il üçün yaşayış minimumu və ehtiyac meyarını təsdiq edib
9 ay ərzində Aİ ölkələri Azərbaycana ətir və tualet suyu ixracını 16% artırıb
9 ay ərzində Aİ ölkələri Azərbaycana əczaçılıq məhsullarının ixracını 2% artırıblar
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
İsrail “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
NATO: Türkiyə ilk dəfə olaraq hava məkanının patrul xidməti üçün Rumıniyaya bir qrup qırıcı göndərib
ABŞ İsrailin Qəzza zolağının cənubunda daha diqqətli hərbi əməliyyatlar aparacağına ümid edir
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
AccessBank-dan yeni sahibkarlar üçün 50%-ə qədər endirim kampaniyası
Yelo Bank-dan ev təmiri üçün sərfəli kredit
AccessBank HPE Server avadanlığı və sistemləri üçün komponentlərin təchizatına dair tender elan edir
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək