Hazırkı beynəlxalq böhran şəraitində Azərbaycan Avropa üçün vacib ölkədir və Avropa ilə Asiya arasında enerji, logistika, kommunikasiya, ticarət sahələrində mühüm körpü rolunu oynayır. Bunu Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Yulian Fota deyib.
“Sentyabrın 16-da Bakıda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Rumıniya Xarici İşlər Nazirliyi arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edib”, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Tərəflər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərin hazırkı durumunu nəzərdən keçirib, müxtəlif istiqamətlərdə, o cümlədən enerji, logistika, nəqliyyat, kommunikasiya, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan istifadə etməyin vacibliyini vurğulayıblar.
“İqtisadi-ticari əlaqələrinin inkişafında müsbət dinamika müşahidə edilsə də, onun daha da inkişaf etdirilməsinin hər iki ölkənin maraqlarına uyğun olduğu diqqətə çatdırılıb”, - deyə məlumatda qeyd olunur.
Dövlət katibi Y.Fota Rumıniyanın Azərbaycanla əməkdaşlığa və onunla əlaqələrinin daha da genişləndirilməsinə böyük önəm verdiyini vurğulayıb. O, ölkəsinin iqtisadi münasibətlərin, xüsusən də enerji sahəsində əməkdaşlığın inkişafına böyük maraq göstərdiyini bildirib. Hazırkı beynəlxalq böhran şəraitində Azərbaycanın Avropa üçün vacib ölkə olduğu, Avropa ilə Asiya arasında enerji, logistika, kommunikasiya, ticarət sahələrində mühüm körpü rolunu oynadığı qeyd edilib.
Görüş zamanı qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.*
N.Abbasova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət