Azərbaycan hökuməti 2023-cü ildə iqtisadiyyata kapital qoyuluşların artımnı 2,8% səviyyəsində proqnozlaşdırır, 2024-2026-cı illərdə orta illik artım 2,9% təşkil edəcək.
“İnterfaks-Azərbaycan”a Maliyyə Nazirliyindən məlumat verilib ki, 2023-2026-cı illərdə kapital qoyuluşların artımı qeyri neft-qaz sektoruna investisiyalar hesabına təmin ediləcək.
Xüsusilə, 2023-cü ildə qeyri neft-qaz sektoruna kapital qoyuluşlarının artımı 5,8%, 2024-2026-cı illərdə - illik 6,4% səviyyəsində proqnozlaşdırılır.
Həmçinin, hökumətin proqnozlarına əsasən, 2023-cü ildə əsas neft-qaz müqavilələri çərçivəsində kapital qoyuluşları həcminin azalması mərhələsi başlayacaq.
Xəbər verildiyi kimi, 2022-ci ilin yanvar-avqust aylarında əsas kapitala 9 milyard 117 milyon manat məbləğində vəsait yönəldilib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,9% çoxdur.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,1% azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 22,5% artıb.
2021-ci ildə Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 8,2% azalıb.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət