Azərbaycanın artan gücü ölkənin müstəqilliyinin zəmanətidir, hansı ki, düşmənə yenidən təhdid yaratmağa imkan vermir. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın”, - Əliyev çərşənbə axşamı Füzuli rayonuna (Qarabağ regionu) səfəri zamanı deyib.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, Əliyev vurğulayıb ki, təhlükə zamanı “Azərbaycan dərhal hərəkətə keçəcək. Əminəm ki, buna ehtiyac olmayacaq”.
“Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır”, - dövlət başçısı bəyan edib.
“Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq.Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq”, - Əliyev əlavə edib.
Azərbaycanda 27 sentyabr – İkinci Qarabağ müharibəsinin başlandığı gün - Anım Günü kimi qeyd edilir.
27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusuna qaşı genişmiqyaslı təxribat törədib. Buna cavab olaraq Azərbayacan ordusu əkshücum əməliyyatına başlayıb.
2020-ci ilin payızında 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda 300-dən artıq şəhər, kənd və yaşayış məntəqəsini erməni işğalından azad edib. Döyüşlər zamanı azad edilmiş ərazilərin ümumi sahəsi 5 min kv metrə yaxn təşkil edib.
2020-ci il 10 noyabr tarixinə keçən gecə Azərbaycan, RF prezidentləri, həmçinin Ermənistanın baş naziri hərbi əməliyyatlara son qoyan üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanata əsasən, 1992-1993-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş ümumi sahəsi 5 min kv metrə yaxın olan daha 3 rayon (Ağdam, Kəlbəcər, Laçın) Azərbaycana qaytarılıb. **
R.Kərimov
Azərbaycan 10 ay ərzində Çinə $30 milyon dəyərində polietilen ixrac edib
Azərbaycan 11 ay ərzində aqrar sənaye məhsullarının ixracını 6% artırıb
11 ay ərzində Bakı hava limanının sərnişin dövriyyəsi 31% artıb
Danimarka parlamentində dini kitabların təhqir olunmasını qadağan edən qanun qəbul edilib
Naxçıvanda yeni fiber-optik magistral şəbəkənin yaradılmasına 1,5 milyon manat yönəldiləcək
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
İsrail HƏMAS-la danışıqlar aparmır
Netanyahu Qəzza zolağı üzərində nəzarəti Abbasa verilməsinə imkan verməyəcəyini bəyan edib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
AzerTelecom şirkətinin rəhbərliyində yeni təyinat olub
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək