2025-ci ildə Laçın Beynəlxalq Hava Limanının açılışı olacaq (Şərqi Zəngəzur iqtisadi rayonu). Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Azərbaycanın azad edilmiş ərazilərində (Qarabağ və Şərqi Zəngəzur) irimiqyaslı infrastruktur layihələri həyata keçirilir. Biz 8 ay ərzində (2021-ci ildə - IF) Fizulidə Beynəlxalq Hava Limanı tikmişik, bu ay Zəngilanda, 2025-ci ildə isə Laçında hava limanı açılacaq”, - Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bildirib.
Onun sözlərinə görə, təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş ərazilərdə ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, 12 kilometr uzunluğu olan 84 yeni körpü salınacaq, 2023-cü ildə Bərdə-Ağdam dəmir yolu istifadəyə veriləcək. “Bu bizim gördüyümüz işlərin yalnız bir hissəsidir”,- dövlət başçısı qeyd edib.
Prezident Azərbaycanın azad edilmiş ərazilərinin əhəmiyyətli potensiallara malik olduğunu, Qarabağ bölgəsinin isə ölkə iqtisadiyyatının hərəkətverici qüvvəsinə çevriləcəyini vurğulayıb.
Əliyev əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzur bərpaolunan enerji üzrə əhəmiyyətli potensiala malikdir, bu da ilkin qiymətləndirmələrə görə təxminən 10 min MVt təşkil edir. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət