Yaxın vaxtlarda Azərbaycan və Türkiyə enerji sahəsində əməkdaşlığa dair hökumətlərarası saziş imzalayacaq. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bəyan edib.
“Yaxın zamanda ölkələrimizin hökumətləri arasında enerji sahəsində əməkdaşlığın gələcək inkişafına yönələn sazişin imzalanması planlaşdırılır. Eyni zamanda, ən yaxın vaxtda SOCAR və BOTAS tərəfindən yaradılmış birgə şirkətin istifadəyə verilməsi ilə biz münasibətlərimizin gələcək inkişafı üçün mühüm addım atacağıq”, - nazir cümə axşamı İstanbulda Azərbaycan-Türkiyə II Enerji Forumunda bildirib.
Dönməz əlavə edib ki, Bakı-Tbilisi-Ərzurum, TANAP qaz kəmərləri, həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəmərləri kimi infrastruktur layihələr regionun və Avropanın enerji təhlükəsizliyinin təminatına öz töhfəsini verir.
Nazir əlavə edib ki, Türkiyə, işğaldan azad edilmiş Azərbaycan ərazilərində həyata keçirilməsi planlaşdırılan «Yaşıl enerji» konsepsiyasının reallaşdırılmasında Azərbaycanı həm dövlət, həm də özəl sektorlarda dəstəkləyəcək.
"Inanıram ki, neft-qaz sahəsində əldə etdiyimiz tərəqqi və bir çox uğurlu birgə layihələrin bərpa olunan enerji mənbələri sahəsinə köçürülməsi ilə münasibətlərimizə yeni təkan verəcəyik. Məqsədimiz gözlənilən və yerinə yetiriləcək möhkəm təməl əsasında rasional yol xəritəsi təklif etməkdir. Və bu anlayışa uyğun olaraq, biz bütün sahələrdə, xüsusən də bərpaolunan enerji mənbələri sahəsində işimizi davam etdiririk", - Dönmez bildirib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət