2023-cü ildə Azərbaycan qazının Türkiyəyə ixracı 9,3 milyard kubmetr təşkil edəcək. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov bəyan edib.
“2018-ci il iyul ayından 2022-ci il oktyabr ayına qədər TANAP qaz kəməri ilə Türkiyəyə 18 milyard kubmetr qaz, həmçinin cari ilin 9 ayı ərzində - 4,2 milyard kubmetr qaz nəql olunub. Ümumilikdə, yanvar-sentyabr ayları ərzində Azərbaycan qazının Türkiyəyə nəqli 6,1 milyard kubmetr təşkil edib. 2023-cü ildə Azərbaycandan Türkiyəyə qaz ixracı 9,3 milyard kubmetrə çatacaq”, - Şahbazov cümə axşamı İstanbulda keçirilən Azərbaycan-Türkiyə II Enerji Forumunda bildirib.
“İnterfaks-Azərbaycan” qeyd edir ki, nazir həmçinin məlumat verib ki, Bakı Ankaranı Zəngəzur dəhlizi ilə həm Türkiyəyə, həm də sonra Avropaya nəql oluna bilən elektrik enerjisinin ixracı və tranziti üçün etibarlı tərəfdaş hesab edir.
Şahbazov vurğulayıb ki, Azərbaycan və Türkiyənin güclü enerji birliyi regional və Avropa miqyasında “tarixi zərurət və təhlükəsiz və davamlı enerji təchizatının qarantıdır”. Onun sözlərinə görə, xüsusilə enerji bööhranı şəraitində TANAP və TAP etibarlı tədarük simvolu oldu, Azərbaycan və Türkiyə isə enerji təhlükəsizliyinin davamlı təminatında strateji maraqlar təqdim edən ölkələrə çevrildilər.
Türkiyəyə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində hasil olunan Azərbaycan qazı ixrac edilir.
2021-ci ildə Azərbaycan Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 8 milyard 820,24 milyon kubmetr qaz (azalma 22,7%) ixrac edib.
2022-ci ildə Azərbaycan təxminən 22 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır. Bu həcmin 11,5 milyard kubmetri – Avropa, qalanı isə - Türkiyə və Gürcüstanın payına düşür.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. Müqavilə üzrə tərəflərin iştirak payı aşağıdakı kimidir: BP (operator – 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%).**
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət