Rusiyanın bir sıra regionlarının biznes missiyaları 2022-ci ilin sonunadək Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə RF-nin Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mursayapov məlumat verib.
“Oktyabrın 12-də Rusiyanın aqrar-sənaye kompleksi müəssisələrinin biznes missiyası Azərbaycana gəlib. Oktyabrın 17-də Çuvaşiya Respublikasının, noyabrın 3-də isə Nijeqorod vilayətinin müəssisələri ilə görüşlərin keçirilməsini gözləyirik”, - deyə Mirsayapov bildirib.
Onun sözlərinə görə, həmçinin Novqorod və Kalininqrad vilayətləri, Dağıstan Respublikası, Altay diyarı, Omsk və Kaluqa vilayətlərindən biznes missiyaların təşkili ilə bağlı məsələlər də müzakirə olunur.
Mirsayapov vurğulayıb ki, Ticarət Nümayəndəliyi 2022-ci ilin sonuna kimi Altay Respublikası, Kirov vilayəti və Xabarovsk diyarının şirkətləri üçün videokonfrans rejimində tədbirlər keçirməyi planlaşdırır. “Bir qayda olaraq, belə tədbirlər Rusiya iş adamlarının Azərbaycana səfərlərinin təşkili istiqamətində ilk addımdır”, - deyə o əlavə edib.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət