Energetika Nazirliyi enerji səmərəliliyi sahəsində normativ-hüquqi aktların hazırlanmasını başa çatdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov məlumat verib.
“Ümumilikdə enerji səmərəliliyi sahəsində 14 normativ-hüquqi sənədin hazırlanması planlaşdırılmışdı. Bu sənədlərin əksəriyyəti artıq hazırdır, təkcə səmərəlilik normalarına dair bir sənədin müzakirəsi davam edir. Bu sənəd Dövlət Şəhərsalma Komitəsi ilə birgə hazırlanır. Hazırlanmış sənədlərdən 3-ü Nazirlər Kabineti tərəfindən təsdiq edilib, bəziləri razılaşdırılaraq hökumətə və Prezident Administrasiyasına təqdim edilib”, - deyə Ə.Həsənov bildirib.
O, həmçinin deyib ki, hazırlanan sənəd binaların enerji səmərəliliyi üzrə pasportlaşdırılması normaları ilə bağlıdır.
“Biz Azərbaycanda ilk dəfə enerji səmərəliliyi sahəsində müasir alətlər tətbiq edirik, buna görə də öz işimizdə beynəlxalq təcrübəyə əsaslanacağıq. Bununla əlaqədar Avropa İttifaqı ilə birgə enerji səmərəliliyinə dəstək layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində 4 sənədin hazırlanması nəzərdə tutulur. Onlardan ikisi (enerji etiketi və ekoloji dizayn) artıq hazırdır. Məqsədimiz gələcəkdə binaların enerji səmərəliliyinin təmin edilməsidir, bunun üçün onların qiymətləndirilməsi həyata keçirilərək enerji səmərəliliyinin bu və ya digər səviyyəsinə uyğunluq üzrə pasport veriləcək”, - deyə şöbə müdiri qeyd edib.
O əlavə edib ki, bu iş çərçivəsində Azərbaycan üçün binaların enerji səmərəliliyi sinifləri (5 və ya 7 ballıq şkala üzrə) müəyyən ediləcək.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət