Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib ki, Azərbaycan, Türkiyə və Qazaxıstan XİN başçıları və nəqliyyat nazirlərinin ikinci görüşü Aktau şəhərində keçiriləcək.
“Azərbaycan, Türkiyə və Qazaxıstan XİN başçıları və nəqliyyat nazirlərinin üçtərəfli formatda ilk görüşü Bakıda keçirilib. Nəqliyyat nazirləri tərəfindən işçi qrupu yaradılıb, həmin qrup artıq layihələr üzərində işləyir. Bu cür formatda ikinci görüş Aktauda keçiriləcək”, - Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının bazar ertəsi İstanbulda keçirilən iclasının yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, eyni zamanda Azərbaycan -Türkiyə-Özbəkistanın XİN başçıları, ticarət və nqəliyyat nazirlərinin Daşkənddə keçirilən ilk görüşündən sonra bu formatda ikinci görüş Türkiyədə baş tutacaq.
“Belə formatlarda ilk görüşlərdə hər hansı qərarların qəbulu gözlənilmirdi, lakin artıq ikinci görüşlərdə bir tərəfdən nəqliyyata dair, digər tərəfdən isə enerji dəhlizlərinə dair konkret addımar atmaq istəyirik və buna energetika nazirlərini də cəlb edəcəyik”, - Çavuşoğlu bildirib.
Nazir qeyd edib ki, tədarükün təhlükəsizliyi nöqteyi-nəzərindən, xüsusilə Rusiyadan Avropaya qaz nəqlinin azalması səbəbindən, Azərbaycandan ixrac qaz və neft kəmərlərinin rolu artıb.
“Həmçinin, Mərkəzi Asiya və Orta Dəhlizin əhəmiyyəti artıb. Gördüyümüz tədbirlər enerji və ərzaq böhranlarının həllinə mühüm töhfə verəcək”, - o əlavə edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət