“Azərbaycan Hava Yolları” QSC (AZAL) Azərbaycanın hava məkanında real vaxt rejimində hava hərəkətinin idarə olunmasına (HHİ) dair yüksək tələblərə cavab verən “Aireon” peyk sistemi vasitəsilə təyyarə uçuşlarının qlobal müşahidə sistemini tətbiq edəcək.
“2022-ci il oktyabrın 18-də AZAL-ın prezidenti Cahangir Əsgərovla “Aireon” şirkətinin prezidenti və baş icraçı direktoru Don Toma arasında sözügedən sistemin tətbiqinə dair saziş imzalanıb", - deyə AZAL-ın məlumatında bildirilir.
Azərbaycanın hava məkanından keçərkən “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) tərəfindən xidmət göstərilən tranzit uçuşların sayının ikiqat artdığı bir zamanda mövcud sistemin tətbiqi daha da önəmlidir. Hər gün AZANS 550-yə yaxın hava gəmisinə aeronaviqasiya xidmətlərini təqdim edir.
““Aireon” hava hərəkətini peyk idarəetmə sistemi uçuşların təhlükəsizliyi və effektivliyini radikal şəkildə optimallaşdıracaq həll təklif edir, eyni zamanda, aviaşirkət üçün real vaxt rejimində reyslərin qlobal izlənməsini təmin edəcək. Bu sistemin tətbiq edilməsi və tam istifadəsi ADS-B avadanlıqları ilə təchiz olunmuş təyyarələrin müşahidə edilməsini təmin etməklə yanaşı, daha əlverişli marşrut və yüksəklikləri seçməyə imkan yaradacaq” - deyə C.Əsgərov bildirib.
Beləliklə, bu sistem Azərbaycanın hava məkanında marşrutların iqtisadi effektivliyi və ekoloji təhlükəsizliyini təkmilləşdirməyə, yanacaqdan az istifadə etməyə və atmosferə zərərli tullantıların atılmasının minimuma endirilməsi ilə daha optimal marşrutlarla uçuşları planlaşdırmağa imkan yaradacaq. Eyni zamanda, bu sistem Azərbaycan aviaşirkətlərinə mənsub təyyarələrin dünyanın istənilən nöqtəsində uçuşları haqqında operativ məlumatların alınmasına da əlverişli şərait yaradacaq.
“Aireon” – “Iridium Communications Inc” peyk rabitə operatoru, “Nav Canada” şirkəti (Kanada Aeronaviqasiyası), NATS (Böyük Britaniya Aeronaviqasiyası), ENAV (İtaliya Aeronaviqasiyası), “Naviair” (Norveç Aeronaviqasiyası) və İrlandiya Aviasiya İdarəsi ilə əməkdaşlıq edir.
2017-ci ilin yanvar ayından 2019-cu ilin yanvar ayınadək “Space-X Falcon 9” raketlərində müvəffəqiyyətlə yerinə yetirilmiş “İridium NEXT” peykinin buraxılışı “Aireon” texnologiyasının əsasını təşkil edir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət