Azərbaycan və Qazaxıstan 2023-cü ildə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin tikintisinə başlayacaq.
“İnterfaks-Azərbaycan” agentliyi Qazaxıstanın rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Baqdad Musinə istinadən məlumat verir ki, layihə region ölkələrinə interneta alternativ çıxışı təmin etməyə, həmçinin Avropa ilə Asiya arasında trafikin tranzitini genişləndirməyə imkan verəcək.
“2023-cü ildə Qazaxıstan-Azərbaycan marşrutu ilə Xəzərin dibi ilə fiber-optik rabitə xətlərinin tikintisinə başlanacaq. Artıq yüksək səviyyəli dizayn işlərinə (HLD) başlanılıb, daha sonra müvafiq tədqiqatlar, sonra isə Xəzərin dibi üzrə «optikanın» layihələndirilməsi və birbaşa tikintisi davam edəcək. Sualtı xəttin əsas marşrutu Aktaudan Siyəzənə qədər uzanacaq və 340 km-i ötəcək, təxminən 330 km uzunluğunda ehtiyat kanalı Qazaxıstanın Kurık limanından Bakı yaxınlığındakı Buzovna qəsəbəsinı qədər çəkiləcək”, - Musin Facebook səhifəsində yazıb.
O qeyd edib ki, layihənin tərəfdaşı qismində Qazaxıstan tərəfindən “Qazaxtelekom”, Azərbaycan tərəfindən isə “AzerTelekom” şirkəti çıxış edəcək.
“Mərkəzi Asiyanın bütün ölkələri layihənin tezliklə reallaşdırılmasında maraqlıdır, çünki alternativ marşrutların olması ölkələrimizin əhalisinə interneta zəmanətli çıxışın təmin edilməsində böyük rol oynayır”, - nazir vurğulayıb.
Xəbər verildiyi kimi, layihənin ilkin dəyəri $40 milyon təşkil edir. Kabel xəttinin məlumat ötürmə gücü ən azı 4-6 terabit\s təşkil edəcək.
Layihə internet trafikinin Qazaxıstan ərazisindən və daha sonra sualtı kabel vasitəsilə Azərbaycana tranzitini və son nəticədə Avropaya çatdırılmasını nəzərdə tutur. O, həm tranzit imkanlarını artırmaq, həm də onları şaxələndirmək yolu ilə dövlətlərin tranzit potensialının gücləndirilməsinə töhfə verəcək, həmçinin alternativ internet tranziti marşrutu yaradacaq.
Bu rəqəmsal infrastruktur layihəsi “AzerTelecom” tərəfindən həyata keçirilən Azərbaycan vasitəsilə Avropanı Asiya ilə birləşdirən irimiqyaslı “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin bir hissəsidir.
“AzerTelecom” şirkəti “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupuna daxildir. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət