Oktyabrın 28-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.
“Telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, habelə Azərbaycan-ABŞ əməkdaşlıq gündəliyindəki müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadən bildirir.
C.Bayramov regiondakı hazırkı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müxtəlif istiqamətləri, gələcək sülh müqaviləsi üzrə işə başlanılması istiqamətində ölkəmizin mövqeyini və təklifini, habelə rəsmi Bakı tərəfindən atılan addımları qarşı tərəfin diqqətinə çatdırıb. Nazir Cenevrə görüşü nəticəsində Ermənistana təqdim edilmiş sülh müqaviləsinin elementlərinə dair qarşı tərəfdən hələ də cavab gözlənildiyini bildirib.
K.Donfrid ABŞ-ın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində səyləri dəstəklədiyini vurğulayıb. Liderlər və nazirlər arasında əldə olunmuş razılıqlara uyğun olaraq sülh prosesinin irəlilədilməsinin vacibliyi diqqətə çatdırılıb.*
R.Əhmədov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət