2020-ci ilin noyabr ayından indiyədək 260-dan çox Azərbaycan vətəndaşı Ermənistanın basdırdığı minaların qurbanı olub və yaxud xəsarət alıb. Bunu Prezident İlham Əliyev noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı bildirib.
“Biz bu gün mina terrorundan əziyyət çəkirik. Ermənistan işğal zamanı 1 milyondan çox minanı torpaqlarımıza basdırıb. Müharibə bitdikdən sonra 260-dan çox Azərbaycan vətəndaşı minanın qurbanı olub və yaxud müxətlif dərəcəli bədən xəsarətləri alıb”, - deyə dövlət başçısı qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan iki il bundan əvvəl – 2020-ci ilin payızında Ermənistanla münaqişəyə son qoyub və BMT-nin Nizamnaməsi əsasında hərbi yolla öz ərazilərini azad edib. “Ermənistan Azərbaycana qarşı etnik təmizləmə aparıb, Azərbaycan torpaqlarında vandalizm aktları törədib. Bu ərazilər işğaldan azad edildikdən sonra Ermənistan tərəfindən burada hər şeyin dağıdıldığını gördük. Şəhərlər, kəndlər. (…). Bu, Ermənistan tərəfindən islamofobiyanın təzahürüdür”, - deyə İ.Əliyev bildirib.
Prezident əlavə edib ki, hazırda Azərbaycan azad edilən ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirir. “Biz bu əraziləri öz resurslarımız hesabına bərpa edirik, beynəxalq donor təşkilatlar bu işdə bizə yardım etmir”, - deyə İ.Əliyev vurğulayıb.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət