Azərbaycan hökuməti 2023-cü ildə ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi sahəsində tədbirlərin həyata keçirilməsinə 180 milyon manat (cari məzənnə ilə $105,6 milyon) vəsait ayırmağı planlaşdırır.
“İnterfaks-Azərbaycan”a Maliyyə Nazirliyindən məlumat verilib ki, bu vəsait respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxal olunan buğdadan asılılığın azaldılması və yeni tənzimləmə mexanizmlərinin yaradılmasına yönəldiləcək.
Bundan əlavə, 2023-cü ildən etibarən pilot layihə qismində Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya məhsul subsidiyasının tətbiqi planlaşdırılır.
Həmçinin, ərzaqlıq buğda əkilən sahələrdə qurulacaq suvarma sistemləri dəsti və avadanlıqlarına güzəştin tətbiqi və son zamanlar dünya birjalarında mineral gübrə qiymətlərindəki artımın fermerlərin istehsal xərclərinə təsirinin yumşaldılması məqsədilə bitkiçilik sahəsində verilən subsidiyaların məbləğinin artırılması nəzərdə tutulur.
Öncə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycanda buğda ilə təminetmə əmsalı 62% təşkil edir, qarşıya bu göstəricini 80%-ə çatdırmaq vəzifəsi qoyulub. “Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80% səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaq”, - Əliyev bildirib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana $262 milyon 66,4 min məbləğində 744 min 200,35 ton buğda (artım 7,9%) idxal olunub. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət