Azərbaycan hökuməti tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı üçün istifadə olunan materialların ölkəyə idxalına tətbiq olunan gömrük rüsumunun güzəşt müddətini iki il müddətinə - 31 dekabr 2024-cü ilədək uzadıb.
“İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetindən məlumat verilib ki, noyabrın 5-də baş nazir Əli Əsədov qeyd olunan güzəştlərin müddətinin uzadılması ilə əlaqədar müvafiq qərar imzalayıb.
Xüsusilə, Nazirlər Kabinetinin qərarına əsasən, Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı üçün istifadə olunan opdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materialların, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) respiratorların idxalına tətbiq olunan güzəşt müddəti iki il müddətinə - 2024-cü ilin dekabrın 31-dək uzadılır (hazırda 15%-lik rüsum tətbiq olunur).
Bundan əlavə, ölkəyə idxal olunan metal səthlərinin aşındırılması üçün preparatlar; aşağı temperaturlu lehimləmə, yuxarı temperaturlu lehimləmə və ya qaynaq üçün metaldan və digər materiallardan ibarət olan tozlar və pastalar, poladlardan məftil ( silisiummanqanlı poladdan) 2027-ci ilin sentyabrın 30-dək gömrük rüsumundan azad edilir (hazırda 5%-lik rüsum tətbiq olunur).
Həmçinin, metal səthlərinin aşındırılması üçün preparatlar (aşağı temperaturlu lehimləmə, yuxarı temperaturlu lehimləmə və ya qaynaq üçün metaldan və digər materiallardan ibarət olan tozlar və pastalar) və silisiummanqanlı poladdan məftillər 30 sentyabr 2027-ci il tarixinədək gömrük rüsumundan azad edilir (hazırda 5%-lik rüsum tətbiq olunur).
O cümlədən, hökumətin qərarı ilə Azərbaycana şprislərin idxalı üçün gömrük rüsumu daha 2 il -31 dekabr 2024-cü ilədək qüvvədə qalır. Xüsusilə, insulin üçün nəzərdə tutulan və həcmi 1 millilitr və ya daha az olan iynəli və ya iynəsiz şprislərin idxalı 2025-ci ilədək gömrük rüsumundan azad edilir.
Həcmi 1-2 millilitr olan iynəli və ya iynəsiz şprislərin idxal üçün$0,02(1 ədədi üçün), həcmi 2-5 millilitr olan üçün -$0,025, həcmi 5-10 millilitr olan üçün$0,03ABŞ dolları, həcmi 10-20 millilitr olan və digərləri üçün - $0,04gömrük rüsumu nəzərdə tutulub.
Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət