Azərbaycan Maliyyə Nazirliyi 2023-2024-cü illərdə avrobondlar bazarına çıxmağı planlaşdırır. Bu barədə maliyyə naziri Samir Şərifov bəyan edib.
“2023-20240cü illərdə öz istiqrazlarımızın (avrobondları - İF) beynəlxalq bazarlarda emissiyasını planlaşdırırıq. Bu, 2023-cü ilin sonu – 2024-cü ilin əvvlində olacaq”, - Şərifov cümə axşamı jurnalistlərə deyib.
“İnterfaks-Azərbaycan” agentliyi nazirin sözlərinə istinadən məlumat verir ki, 10 illik avrobondların (Maliyyə Nazirliyi tərəfindən buraxılmış - İF) tədavül müddəti 2024-cü ilin fevral ayında başa çatır.
Şərifovun sözlərinə görə, avrobondların emissiyası $1-1,2 milyard təşkil edə bilər.
Xəbər verildiyi kimi, 2014-cü ildə Maliyyə Nazirliyi $1,25 mlrd. həcmində debüt avrobond yerləşdirib. 10 illik tədavül müddətinə malik avrobondlar illik 5% dərəcəsi ilə yerləşdirilib.
160-dan çox ölkənin institusional investorları Maliyyə Nazirliyinin avrobondlarını əldə etməyə maraq göstərib. Bununla yanaşı, investorlar tərəfindən təqdim edilmiş sifarişlərin sayı emissiya həcmini 4 dəfə üstələyib.
Yerləşdirmənin nəticələrinə görə, avrobondların 47%-ni ABŞ, 25%-ni Böyük Britaniya, 18%-ni Almaniya, 10%-ni digər ölkələrdən olan investorlar əldə ediblər. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət