Bakı və Moskva yeni birgə layihələrin həyata keçirilməsini müzakirə edir. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov Bakıda deyib.
Onun sözlərinə görə, Rusiya və Azərbaycan mövcud tərəfdaşlığı genişləndirmək, ticarət sahəsində ənənəvi əməkdaşlıqdan vahid iqtisadi məkanın yaradılmasına keçid etmək üçün bütün imkanlara malikdir.
“Artıq mövcud olan Rusiya-Azərbaycan layihələri ilə yanaşı, ilk müasir əczaçılıq zavodunun tikintisi layihəsi reallaşdırılma prosesində, Həştərxan vilayəti müəssisələrinin istehsal obyektlərində gəmilərin inşası mümkünlüyü, Sankt-Peterburq müəssisəsinin iştirakı ilə polimer tikinti materiallarının istehsalı zavodunun inşası müzakirə mərhələsindədir”, - deyə nazir vurğulayıb.
O qeyd edib ki, bu gün Rusiyanın 70 regionundan 900-dən çox şirkət Azərbaycanla əməkdaşlıq edir. Qarşılıqlı ticarətin artırılması üçün potensial göz qabağındadır: ixrac və idxal istiqamətlərinin dəyişdirilməsi nəzərə alınmaqla yaxın illərdə Azərbaycandan idxal 85%, Azərbaycana ixrac isə 81% arta bilər.
Reşetnikov, həmçinin Azərbaycanla Rusiya arasında ticarət-iqtisadi əməkdaşlığın ən perspektivli istiqamətlərini qeyd edib: “Nəqliyyat və logistika infrastrukturu məsələlərində Şimal-Cənub beynəlxalq dəhlizinin inkişafı prioritet təşkil edir. Buraxılış məntəqələrinin modernləşdiriləcəyi, razılaşdırılmış tarif siyasətinin müəyyən ediləcəyi halda yük daşımalarının potensial həcmi iki dəfə – 14 milyon tondan 25 milyon tona qədər arta bilər.
Nazir Avrasiya İqtisadi İttifaqı ilə inteqrasiya, qarşılıqlı investisiyalar, fasiləsiz hesablaşmaların həyata keçirilməsi və regionlarda kooperasiya layihələrinin inkişafının vahid iqtisadi məkanın yaradılması üçün digər mühüm istiqamətlər olduğunu diqqətə çatdırıb.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət