Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Formula 1 Qrupunun İdarə Heyətinin sədri və prezidenti Stefano Domenikalini və Formula 1 Qrupunun məsləhətçisi Flavio Briatoreni ilə görüşdə yarışları izləmək üçün çoxlu sayda tanınmış şəxslərin Azərbaycana dəvət olunmasını müzakirə edib.
“Görüşdə ölkəmizə xaricdə böyük marağın olduğu nəzərə alınaraq Formula 1 yarışlarını izləmək üçün çoxlu sayda tanınmış şəxslərin Azərbaycana dəvət olunması barədə fikir mübadiləsi aparıldı”, - Azərbaycan prezidentinin saytında məlumat verilir.
Görüş əsnasında Formula 1 yarışlarının Azərbaycanda uğurla keçirilməsinin önəmi vurğulandı, dünyada bu yarışlara marağın getdikcə artdığı bildirildi və yarışları seyr etmək üçün ölkəmizə xeyli sayda turistlərin gəldiyi məmnunluqla qeyd olundu.
Əliyev Azərbaycanın turizm potensialının hər il daha da genişləndiyini bildirdi.
2016-cı ildən etibarən Formula 1 yarışı Bakıda keçirilir. 2017-ci ildən yarış rəsmi olaraq Azərbaycan Qran Prisi adlanır. 2020-ci ildə COVİD-19 pandemiyası səbəbindən Azərbaycan Qran Pri yarışı keçirilməyib.
2023-cü lldə Bakıda Azərbaycan Qran Prisi aprelin 30-da keçiriləcək. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət