Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2022-ci ildə Azərbaycanda iqtisadi artımı 4,5%, orta illik inflyasiyanı 12,2% səviyyəsində proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyi bankın saytında dərc olunmuş “Transition Report 2022-23” hesabatına istinadən xəbər verir ki, AYİB 2023-cü il üçün Azərbaycanda ÜDM-in artımını 2,5% səviyyəsində proqnozlaşdırır.
“(...) Enerji daşıyıcılarının yüksək qiymətləri və Azərbaycan qazına tələbat qısamüddətli perspektvdə yüksək olaraq qalacaq ki, bu da ümumi iqtisadi vəziyyəti dəstəkləyəcək. Beləliklə, biz 2022-ci ildə ÜDM-in 4,5% artacağını, 2023-cü ildə 2,5%-dək azalacağını gözləyirik. İqtisadiyyat üçün əsas risklər inflyasiya, enerji daşıyıcılarının ucuzlaşması və iqtisadiyyatda struktur çatışmazlıqları ilə bağlıdır. Lakin Azərbaycan yaxın illərdə qaz sənayesinə əlavə investisiyalardan faydalana bilər, çünki Avropa İttifaqı Rusiya qazından imtina edərək tədarükü şaxələndirməyə çalışır”, - deyə hesabatda qeyd olunur.
AYİB-in proqnozlarına görə, neft və qazın qiymətlərinin yüksək olması ilə əlaqədar 2022-ci ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 31,7%-ni (2021-ci ildə 15,2%-ni) təşkil edəcək.
AYİB-in qiymətləndirmələrinə görə, 2023-cü il üçün Azərbaycanın prioritetləri iqtisadiyyatın dayanıqlılığını artırmaq üçün onun gələcəkdə şaxələndirilməsi siyasətinin davam etdirilməsi; dövlətin iqtisadiyyatda iştirakının azaldılması olmalıdır. “Xarici investisiyalar üçün maliyyə sektorunun açılması maliyyəyə çıxışı yaxşılaşdıracaq, kiçik və orta müəssisələrin investisiya fəaliyyətini dəstəkləyəcək”, - deyə bankda hesab edirlər.
Bundan başqa, bank Azərbaycan hökumətinə korrupsiyaya qarşı mübarizəni gücləndirməyi tövsiyə edir və bu ilin aprel ayında Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planının təsdiq olunmasını alqışlayır. Tövsiyələr arasında “yaşıl” enerjinin inkişaf etdirilməsi də yer alır.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-in 3,5%, 2023-cü ildə 2,7% səviyyəsində artımını proqnozlaşdırır. Cari ildə orta illik inflyasiyanın 12,5% təşkil edəcəyi gözlənilir.
2021-ci ildə Azərbaycanda ÜDM 5,6% artıb, inflyasiya 6,7% təşkil edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət