2022-ci ilin sentyabr ayının sonuna Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin və hüquqi şəxslərin depozitlərinin dollarlaşma səviyyəsi 45% olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
2021-ci ilin sonuna bu göstərici 45,4% təşkil edib. Beləliklə, 2022-ci ilin birinci rübünün sonuna əmanət və depozitlərin dollarlaşma səviyyəsi 46,4%, birinci yarımilliyin sonuna – 46% olub.
Hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı sentyabrın sonuna 53,2% (2021-ci ilin sonuna 52,2%, 2022-cilin birinci yarısının sonuna – 54,4%) təşkil edib.
Yanvar-sentyabr aylarında fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi isə 39,2% (2021-ci ilin sonuna 41%, 2022-ci il iyunun sonuna – 40,2%) olub.
AMB qeyd edir ki, 2022-ci ilin yanvar-sentyabr aylarında ev təsərrüfatlarının əmanətləri üzrə dollarlaşma səviyyəsi (qeyri-rezident fiziki şəxslərin əmanətləri nəzərə alınmadan) 4,7 faiz bəndi – 35,9%-dək azalıb.
Xəbər verildiyi kimi, 2021-ci ildə xarici valyutada əmanət və depozitlərin payı 2,8 faiz bəndi - 45,4%-dək azalıb.
2022-ci il sentaybrın 30-na banklarda əmanət və depozitlərin həcmi 33 milyard 957 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 17% çoxdur. Fiziki şəxslərin əmanətləri 11 milyard 225,7 milyon manat məbləğində (artım 21,5%) qiymətləndirilir.**
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət