Çərşənbə günü “Unibank” ASC$12 milyon dəyərində istiqraz yerləşdirib. Bu barədə “İnterfaks-Azərbaycan”a Bakı Fond Birjasından (BFB) məlumat verilib.
“Hərrac zamanı 23 investor tərəfindən 26 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 12 milyon ABŞ dolları təşkil edir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 12 milyon ABŞ dolları təşkil edib”, - birjadan qeyd ediblər.
İstiqrazların tədavül müddəti 6 il, illik faiz dərəcəsi 8%, faiz ödəniş dövrü isə hər 90 təqvim günündən bir təşkil edir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Xəbər verildiyi kimi, bu istiqrazların emissiyası subordinasiya borc öhdəliyi kimi tanınır və “Unibank”ın II dərəcəli kapitalının artırılması məqsədilə həyata keçirilir.
Səhmdarların qərarı ilə həyata keçirilən kapitallaşma prosesi nəticəsində bankın kapitalının il ərzində ümumilikdə 29 milyon manatdan çox artırılması nəzərdə tutulub. Bu prosesin birinci mərhələsi bu ilin avqustunda başa çatıb və bankın nizamnamə kapitalında 12 milyon manata yaxın artım olub. İkinci mərhələ subordinasiya borcunun cəlb edilməsi ilə kapitalın artırılmasını nəzərdə tutur. Kapitallaşma proqramı ilin sonunadək yekunlaşdırılmalıdır.
“Unibank” ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. Nizamnamə kapitalı 142 milyon 586,4 min manatdır. Bankın səhmdarları 9 fiziki və 1 hüquqi şəxs, əsas səhmdarı Eldar Qəribovdur (kapitalda payı 86,6960%-dir). Bundan başqa, “Canley Finance S.A.” şirkəti (Lüksemburq) də 7,3096% payla səhmdarlar sırasında yer alır.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət