Azərbaycanda həyati vacib dərmanların təminatında hər hansı bir ciddi problem müşahidə olunmur. Bunu baş nazir Əli Əsədov deyib.
“Azərbaycan dərman vasitələri üzrə daxili tələbatının 95%-dən çoxunu idxal edir ki, onun da 50%-i Türkiyə, Almaniya, Böyük Britaniya, Rusiya, Ukrayna və Belarusun payına düşür”, - deyə o, bu gün parlamentdə çıxışı zamanı bildirib.
Baş nazirin sözlərinə görə, Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən dərmanların ümumi sayı 13,493 min adda olduğu halda, Şura tərəfindən son qiymət artımı ancaq 277 adda dərman vasitəsinə tətbiq olunub ki, bu da dərmanların ümumi sayının cəmi 2%-ni təşkil edir. “Bunlardan 126 adda dərman vasitəsi Rusiya, Ukrayna və Belarus istehsalı olan dərmanlardır. Bu ölkələrdən idxal olunan dərman vasitələrinin Azərbaycanda satış qiymətlərinin artması qaçılmaz idi”, - deyə Ə.Əsədov qeyd edib.
O deyib ki, bir müddət əvvəl Azərbaycanda bir neçə adda dərman vasitələrinin çatışmazlığı və təchizatı problemi ilə əlaqədar məsələ qaldırılmışdı. “Bununla bağlı vəziyyət Hökumət tərəfindən nəzarətə götürülüb. Hazırda həyati vacib dərmanların təminatında hər hansı bir ciddi çətinlik müşahidə olunmur”, - deyə baş nazir vurğulayıb.
Ə.Əsədov əlavə edib ki, qanunvericiliyə əsasən, fiziki şəxslər tərəfindən yalnız şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələrinin gətirilməsinə icazə verilib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət