Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın sonuna qədər Ermənistan XİN başçısı ilə görüşün keçirilə biləcəyinə istisna etməyib.
“Azərbaycan və Ermənistan XİN başçılarının dekabrda görüşünün keçirilməsi ilə bağlı planlar var”, - Bayramov bu gün jurnalistlərə deyib.
Onun sözlərinə görə, Azərbaycan dialoqa açıqdır. “Bütün məsələlər Azərbaycanın qanunvericiliyinə uyğun olaraq, suverenlik və ərazi bütövlüyü nəzərə alınmaqla həll olunmalıdır”, - XİN başçısı vurğulayıb. O cümlədən, o bildirib ki, Azərbaycan görüşlərin müxtəlif formatlarda keçirilməsini dəstəkləyir və istisna etmir. “Bunun çox sayda nümunələri var. Hətta hər hansı böyük nəticələr əldə olunmasa belə, biz həmin açıq məsələlərin müzakirəsini müsbət qiymətləndiririk”, - nazir qeyd edib.
O əlavə edib ki, Azərbaycan sülh müqaviləsi üzrə danışıqlara Ermənistanın daha məsuliyyətli yanaşmasını gözləyir. “Əlbəttə, yaxşı olardı ki, əks tərəf üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək buna məsuliyyətlə yanaşsın ki, növbəti görüşlər nəticəyönümlü olsun. Belə olsaydı, bu iki il ərzində irəliləyiş (müharibə bitdikdən sonra - İF) daha əhəmiyyətli olardı”, - Bayramov deyib. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət