Bakıda Aleksandr Alekseyeviç İvanova həsr olunmuş “Rus azərbaycanlı – Saşa İvanov” kitabının təqdimatı keçirilib. Kitabın tərtibatçısı və bədii redaktoru publisist Elmira Axundovadır.
Kitabda A.İvanovun doğmalarının və dostlarının xatirələri, onun haqqında məqalələr, eləcə də həqiqətən də çox pərəstiş etdiyi ümummilli lider Heydər Əliyev ilə işlədiyi illər haqqında özünün dəyərli xatirələri yer alıb.
E.Axundova qeyd edib ki, Aleksandr İvanov uzun illər ərzində Heydər Əliyevin şəxsi mühafizəsinə rəhbərlik edib, 2005-2017-ci illərdə “İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru olub.
“Rus azərbaycanlı – Saşa İvanov” kitabının təqdimatına və A.İvanovun xatirəsinə həsr olunmuş gecədə E.Axundova A.İvanovun Heydər Əliyevlə işlədiyi illərlə bağlı bəzi xatirələrini oxuyub. A.İvanovun həyat yoldaşı İrina İvanova onunla bağlı xatirələrini bölüşüb: “Bu həyatda insanın ən başlıca məramı insan olaraq qalmaqdır. Saşa bunu yaşadığı illər ərzində tam reallaşdıra bildi. Saşanın formalaşmasının əsas dövrü görkəmli şəxsiyyət, sözün bütün mənalarında lider olan Heydər Əliyevlə işlədiyi illərə təsadüf edib. Bu, onun dünyagörüşünü dəyişdirən çox məsuliyyətli illər idi. Vətənə qayıtmaq (2005-ci ildə - İF) Saşa üçün ikinci dəfə dünyaya gəlmək idi, çünki o, vətəni Azərbaycanı çox sevirdi. O, Azərbaycan xalqını sevirdi və bütün ənənələrə sadiq idi”, - deyə o bildirib.
A.İvanovun xatirəsinə həsr olunmuş yığcam və eyni zamanda, həcmli kitabda onun xarakteri, əməlləri və fəaliyyəti dəqiqliklə təsvir olunub.
“Bu parlaq, qeyri-adi şəxsiyyəti xatırlayan demək olar ki, hər kəs onun sədaqəti, dostluğu və sevgisindən, yalana, xəyanətə, qorxaqlığa nifrətindən, bilik və bacarığından bəhs edib. Onlar A.İvanovdan sevgi ilə danışıblar”, - deyə E.Axundova kitabda qeyd edib.
A.İvanov 2017-ci il dekabrın 17-də Moskvada vəfat edib. O, pərəstiş etdiyi və onsuz yaşaya bilmədiyi Bakı şəhərində dəfn edilib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət