Cümə axşamı “AzeSteelCompany” ASC 1,5 milyon manatlıq istiqrazları yerləşdirib. Bu barədə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
“İnterfaks-Azərbaycan” agentliyi BFB-nin məlumatına ostonadən xəbər verir ki, hərrac zamanı 5 investordan 1,5 milyon manat məbləğində 5 sifariş təqdim edilib.
Hərrac zamanı istiqrazların bütün həcmi yerləşdirilib (nominalı 1 min manat təşkil edən 1,5 min istiqraz).
İstiqarlzrın tədavül müddəti 24 ay təşkil edir, kupon dərəcəsi – illik 10%-dir (kupon ödənişi hər 90 gündən bir həyata keçiriləcək).
İstiqrazların ödəmə tarixi 11 dekabr 2024-cü ildir. Yerləşdirmə üzrə anderrayter “Az-Finance İnvestisiya Şirkəti” QSC-dir.
“AzeSteelCompany” armatura və metaldan məmulatların istehsalı ilə məşğul olur.
Cəmiyyətin səhmdarları 3 fiziki şəxs: Cəmaləddin İsmayılov (72,96%), Kənan Ağayev (7,04%), Ömər Hüseynov (10%) və bir hüquqi şəxsdir – “AzFinance” İnvestisiya Şirkəti” QSC (10%).
30 iyun 2022-ci il tarixinə şirkətin nizamnamə kapitalı 8 milyon 354,9 min manata, aktivləri – 16 milyon 515,417 min manata, öhdəlikləri – 7 milyon 121,16 min manata bərabərdir.
Şirkət 2022-ci ilin birinci yarısını 437,216 min manat məbləğində xalis mənfəətlə başa vurub. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət