2022-ci il sentyabrın 30-na Azərbaycanda sığorta bazarının aktivləri 1 milyard 568 milyon 275,1 min manat təşkil edib ki, bu da 2022-ci ilin əvvəlinə olan göstəricidən 17,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə maliyyə bazarındakı mənbə məlumat verib.
Bank hesablarında 536 milyon 294,3 min manat və ya aktivlərin 34,2%-i (artım 31,6%), uzunmüddətli maliyyə aktivlərində 431 milyon 33,7 min manat (artım 6.4%), debitor borclarında 157 milyon 258,1 min manat (artım 58,7%), qalan məbləğ isə digər aktivlərdə toplanıb.
2022-ci il oktyabrın əvvəlinə sığorta sektorunun məcmu nizamnamə kapitalı 382 milyon 929,2 min manat (azalma 1,1%) təşkil edib.
1 oktyabr 2022-ci il tarixinə sektorun sığorta ehtiyatları 919 milyon 45,3 min manat (artım 22,7%), ümumi bölüşdürülməmiş mənfəəti 81 milyon 383,6 min manat (artım 1,6%) təşkil edib.
2022-ci il oktyabrın 1-nə sığorta sektorunda 33 hüquqi şəxs qeydiyyata alınıb, onların 32-si özəl hüquqi şəxs (6 şirkət xarici kapitala malikdir - İF), 20-si sığorta şirkəti, 1-i təkrar sığorta şirkəti, 11-si isə broker şirkətidir.
2022-ci il sentyabrın 30-na Azərbaycanın sığorta sektorunda orta əmək haqqı 1 872,5 manat təşkil edib, bu isə 2021-ci ilin 9 ayına olan göstəricidən 0,3% azdır.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət