2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın sığorta sektorunun xalis mənfəəti (sığorta, təkrar sığorta və broker şirkətləri daxil olmaqla) 88 milyon 144,7 min manat təşkil edib ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 3,1 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə maliyyə bazarındakı mənbə məlumat verib.
Hesabat dövründə sığorta sektorunun gəlirləri 2021-ci ilin 9 ayı ilə müqayisədə 2.5% - 716,141 milyon manata qədər artıb.
Sığorta haqları 12,5% - 756 milyon 891,2 min manata qədər artıb, xalis mənfi sığorta ehtiyatları bir il əvvələ olan 68 milyon 962,5 min manata qarşı 122 milyon 65,8 min manat təşkil edib.
Sığorta bazarının iştirakçılarının investisiya gəlirləri 57 milyon 771,4 min manat (artım 29,8%), sığorta haqlarında təkrar sığortaçıların payı 3 milyon 525,7 min manat (azalma 90,1%) təşkil edib.
Hesabat dövründə sığorta sektorunun xərcləri 7,3% - 613 milyon 479,5 min manatadək azalıb. Sığorta ödənişləri 324 milyon 71,1 min manat (azalma 20,3%), təkrar sığorta ödənişləri 104 milyon 550,2 min manat (artım 17,2%), işin aparılması xərcləri 146 milyon 243,4 min manat (artım 0,4%) təşkil edib.
2022-ci ilin 9 ayı ərzində sığortaçılar 14 milyon 516,7 min manat məbləğində (artım 71,8%) mənfəət vergisi ödəyiblər.
2022-ci il oktyabrın 1-nə sığorta sektorunda 33 hüquqi şəxs qeydiyyata alınıb, onların 32-si özəl hüquqi şəxsdir (6 şirkət xarici kapitala malikdir - İF). Bundan başqa, 2022-ci il oktyabrın əvvəlinə ölkədə 20 sığorta, 1 təkrarsığorta və 11 broker şirkəti fəaliyyət göstərib.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət