Azərbaycan prezidenti İlham Əliyev cümə günü “Aqrarkredit” QSC BOKT-un bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında sərəncam imzalayıb.
“Müvafiq qərar dövlətin idarəetməsində olan müəssisələrin inkişaf etdirilməsi, onların fəaliyyətinin səmərəliliyinin artırılması və özəl investisiyalar hesabına canlandırılması məqsədilə qəbul olunub”, - cümə günü dövlət başçısının saytında dərc olunan sərəncamda qeyd edilir.
Siyahıya daxildir: “Qaradağ Mərmər Qranit” Məhdud Məsuliyyətli Cəmiyyəti; “Deutsche Fassaden Technologien” MMC, “Balaxanı Metal Məmulatları” MMC, “Accopen” MMC, “Xırdalan Metal Konstruksiyaları” MMC, “Bakı Prefabrik” MMC, “Ağstafa Tekstil” MMC, “Abşeron Kərpic” MMC.
Sərəncama əsasən, özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərin özəlləşdirilməsi üsulları barədə qərarları, onların xüsusiyyətləri nəzərə alınmaqla, İqtisadiyyat Nazirliyi qəbul edir. Özəlləşdirilmədə yerli investorlarla yanaşı, xarici investorların da iştirakına icazə verilir.
“Aqrarkredit” QSC sərəncamda özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərin İqtisadiyyat Nazirliyinin sərəncamına verilməsini və təhvil-təslim işlərinin aparılmasını üç ay müddətində təmin etməlidir.
İqtisadiyyat Nazirliyi “Aqrarkredit” QSC ilə təhvil-təslim işlərini başa çatdırdıqdan sonra müəssisə və obyektlərin idarə edilməsini və əmlakının qorunub saxlanılmasını təmin etməlidir.
Həmçinin, İqtisadiyyat Nazirliyi özəlləşdirmə prosesində müəssisə və obyektlərin investorlar üçün cəlbediciliyinin artırılması məqsədilə məsləhətçi və qiymətləndirici şirkətlər cəlb etməklə onların restrukturizasiyasını (birləşdirilməsi, bölünməsi və digər səmərəli formada yenidən təşkili) təmin etsin, habelə borclarının restrukturizasiyasına və ya silinməsinə (dondurulmasına) dair təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
Maliyyə Nazirliyinə sərəncamda göstərilən müəssisə və obyektlərin balans dəyəri məbləğində “Aqrarkredit” QSC-nin onun qarşısında olan öhdəliyinə xitam vermək tapşırılıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət