Azərbaycan hökuməti 2023-2026-cı illrdə əsas kapitala investisiyaların illik real artımını 2,8% səviyyəsində proqnozlaşdırır.
Hökumətin “İnterfaks-Azərbayan”ın əldə etdiyi proqnozlarına əsasən, 2023-cü ildə əsas kapitala kapital qoyuluşlarının nominal həcmi 18 milyard 703 milyon manat (2022-ci illə müqayisədə real artım 3,3%) təşkil edəcək. Həmçinin investisiyaların ümumi həcmindən 14 milyard 608,3 milyon manat (78,1%) daxili investisiyalar, 4 milyyard 94,7 milyard manat (21,9%) xarici investisiyalar təşkil edəcək.
Proqnozlara əsasən, 2023-cü ildə neft-qaz sektorunda əsas kapitala kapital qoyuluşları 5 milyard 718,1 milyon manat, digər sektorlara – 12 milyard 984,9 milyon manat təşkil edəcək.
2024-cü il üçün əsas kapitala kapital qoyuluşları 19 milyard 483,1 milyon manat (real artım 2,2%) səviyyəsində prqonozlaşdırılır. Daxili investisiyaların həcmi 14 milyard 993,8 milyon manat (76,7%), xarici investisiyaların həcmi – 4 milyard 489,3 milyon manat (23,3%) təşkil edəcək.
2024-cü ildə neft-qaz sektorunda əsas kapitala kapital qoyuluşları 5 milyard 743,7 milyon manat, digər sektorlara – 13 milyard 739,4 milyon manat təşkil edəcək.
2025-ci il üçün investisiyalar 20 milyard 419,6 milyon manat (artım 2,8%) proqnozlaşdırılır. 2025-ci ildə daxili investisiyaların həcmi 15 milyard 729,4 milyon manat (77%), xarici investisiyaların həcmi – 4 milyard 690,2 milyon manat (23%) təşkil edəcək. Həmçinin, neft-qaz sektoruna kapital qoyuluşları 5 milyard 249,3 milyon manat, digər sektorlara isə 15 milyard 170,3 milyon manat səviyyəsində proqnozlaşdırılır.
2026-cı il üçün investisiyalar 21 milyard 437,4 milyon manat (artım 3%) proqnozlaşdırılır. 2026-cı ildə daxili investisiyaların həcmi 16 milyard 702,7 milyon manat (77,9%), xarici investisiyaların həcmi – 4 milyard 734,7 milyon manat (22,1%) təşkil edəcək. 2026-cı ildə neft-qaz sektorunda əsas kapitala kapital qoyuluşları 4 milyard 773,4 milyon manat, digər sektorlara – 16 milyard 664 milyon manat təşkil edəcək.
Ümumilikdə, hökumətin proqnozlarına əsasən, 2023-2026-cı illərdə əsas kapitala orta kapital qoyuluşlarının illik artımı 2,8% təşkil edəcək. Həmçinin, 2023-2026-cı illərdə qeyri neft-qaz sektorunda əsas kapitala investisiyaların orta illik artımı 6,4% təşkil edəcək.
Xəbər verildiyi kimi, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala kapital qoyuluşları 13 milyard 53.6 milyon manat təşkil edib, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 8,2% çoxdur. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət