Azərbaycan prezidenti İlham Əliyev “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncama əsasən, sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərmana dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Müvafiq fərman cümə günü dövlət başçısının saytında dərc olunub.
Sənədə əsasən, 2023-cü il yanvarın 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilir: yaşa görə sosial müavinətin məbləği 220 manat (öncə 180 manat olub, yəni artım 22,2% təşkil edəcək); orqanizmin funksiyalarının 81–100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 270 manat (öncə 220 manat olub, yəni artım 22,7% təşkil edəcək), orqanizmin funksiyalarının 61–80% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 220 manat (öncə 220 manat olub, yəni artım 22,2% təşkil edəcək), orqanizmin funksiyalarının 31–60% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 150 manat (öncə 120 manat olub, yəni artım 25% təşkil edəcək).
Ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 120 manatadək artırılır (artım 20%).
Bundan əlavə, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə sosial müavinətin məbləği hər uşaq üçün 100 manatadək artırılır (öncə 70 manat olub); radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün sosial müavinətin məbləği 300 manat (öncə 237 manat olub); uşağın anadan olmasına görə sosial müavinətin məbləği 500 manat (öncə 300 manat olub, yəni artın 66,7%); dəfn üçün sosial müavinətin məbləği 500 manat (öncə 350 manat olub, yəni artım 42,8%). **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət