“Yelo Bank” ASC Xaçmazda rəqəmsal filialını istifadəyə verib.
“Rəqəmsal filialın ənənəvi analoqlarından əsas üstünlüyü ondadır ki, burada bank əməliyyatları aparatlar vasitəsilə aparılır. Müştərilər bank əməkdaşı olmadan sərbəst şəkildə kart, biznes vəistehlak krediti əldə edə, əmanət hesabı aça bilir. Bununla yanaşı, 24/7 rejimində hesablara mədaxil, kartdan vəsaitin nağdlaşdırılması, müxtəlif ödənişlər də etmək mümkündür”, - deyə bankın məlumatında bildirilir.
Yeni filial Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi, 8C ünvanında yerləşir.
“Xaçmaz filialı 2023-cü ildə regionlarda ilk istifadəyə verdiyimiz filial oldu. Əsas məqsədimiz burada fəaliyyət göstərən sahibkarlıq subyektləri və fərdi müştərilərə müxtəlif növ keyfiyyətli bank xidmətlərini göstərməkdir. “Parlaq Bankçılıq” konseptli bu rəqəmsal filialımız da digərləri kimi müştərilərə maksimal rahatlıq və sadə həllər təqdim edəcək. Əməliyyatların kassa olmadan aparatlar vasitəsilə aparılması nağdsız ödənişlərin inkişafına da öz töhfəsini verəcək.İlin sonunadək ölkənin digər bölgələrində xidmət şəbəkəmizi eyni konseptdə genişləndirməyə davam edəcəyik”, - deyə “Yelo Bank”ın İdarə Heyətinin sədr müavini Elşən Pirmalıyev bildirib.
Hazırda “Yelo Bank”ın 17 filialı və 1 özünəxidmət mərkəzi fəaliyyət göstərir.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət