Azərbaycan prezidenti İlham Əliyev Bakının sülh sazişinin imzalanması ilə bağlı təklifinə Ermənistanın cavab verməməsi və Bakı-Tbilisi-İrəvan üçtərəfli əməkdaşlıq formatından imtina etməsi faktına görə təəssüfləndiyini bildirib.
“Təəssüf ki, Ermənistan bizim sülh sazişinin imzalanması ilə bağlı təklifimizə cavab vermədi. Bu, çox sadə, beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanan saziş olacaqdı. Komissar Hanın eyhamı o oldu ki, burada (Davosda - İF) Ermənistan yoxdur. O (Han - İF) dedi ki, burada Cənubi Qafqazın iki ölkəsi iştirak edir, ancaq orada üç dövlət var. Mən onun kimi nəzərdə tutduğunu bilirəm. Ancaq Ermənistan burada niyə yoxdur? Çünki bizim Gürcüstanla birlikdə irəli sürdüyümüz üçtərəfli əməkdaşlıq formatı Ermənistan tərəfindən rədd edildi”, - Əliyev cümə axşamı Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında bəyan edib.
Əliyev Güercüstanın baş naziri İrakli Qaribaşvilinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönələn səylərini yüksək qiymətləndirib. “Mən dostum İrakli Qaribaşvilinin səylərini yüksək qiymətləndirirəm. Onun himayəsi altında Gürcüstan xarici işlər nazirinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil edildi. Bizim təklifimiz ondan ibarət idi ki, Gürcüstanda liderlərin görüşü təşkil olunsun. Çünki tarixən Gürcüstan bütün qonşuların bir araya gəldiyi ölkə olub. Lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir. Qafqazın üç ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik və sərhədlərin delimitasiyası kimi məsələlərdə səylərini birləşdirsə, region daha təhlükəsiz olar”, - Azərbaycan prezidenti əlavə edib. **
R.Əhmədov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət