Milli Məclis (parlament) Avropa Parlamentinin yanvarın 19-da Azərbaycanın Qarabağ regionunda və Laçın yolu ətrafında vəziyyətlə bağlı qəbul etdiyi qətnaməyə etirazını bildirib.
“Biz Avropa Parlamentinin 2023-cü il yanvarın 19-da xüsusi prosedur qaydasında qəbul etdiyi qeyri-obyektiv və ədalətsiz qətnaməyə etirazımızı bildirir, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları (Azərbaycanın ünvanına - İF) qətiyyətlə rədd edirik”, - Milli Məclisin “İnterfaks-Azərbaycan”a daxil olduğu bəyanatında deyilir.
Milli Məclisdən vurğulayıblar ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağın dağlıq hissəsinin guya blokadaya alınmasının humanitar nəticələrindən bəhs edən birgə qətnamə “həmin sənədin müəlliflərinin ikili standartlardan yenə də əl çəkə bilmədiklərini göstərir”.
Azərbaycan parlamentindən bildirilir ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərini pozur, Laçın dəhlizi vasitəsilə yaraqlıların və hərbi təyinatlı yüklərin, o cümlədən minaların daşınmasını təşkil edir. O cümlədən, Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət dairəsinə aid edilmiş ərazidə təbii sərvətlərin qanunsuz istismarı davam etdirilir.
“Laçın dəhlizi Rusiya sülhməramlılarının daşıdığı humanitar yüklər, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin, eləcə də Qarabağda yaşayan ermənilərin, o cümlədən uşaqların və xəstələrin gediş-gəlişi üçün açıqdır. Qətnamədə guya Azərbaycanın Qarabağ ərazisinə təbii qaz tədarükünü pozması barədə irəli sürülən iddialara gəlincə, bunlar əsassız olduğu qədər də gülüncdür. Bütün bunlar Avropa Parlamentindəki bəzi qrupların erməni lobbisinin və ermənipərəst qüvvələrin təsiri altında hərəkət etdiklərini göstərir”, - bəyanatda deyilir.
Parlamentdə hesab edirlər ki, korrupsiyaya qurşanmış lobbiçi parlament qruplaşmalarının təhriki ilə Avropa Parlamentinin səlahiyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı sənəd qəbul olunub. Bununla da adı tez-tez korrupsiya qalmaqallarında hallandırılan Avropa Parlamentinin nüfuzuna daha bir zərbə vurulub.
“Təəssüf ki, avropalı deputatlar Azərbaycanın bölgədə yaratdığı yeni reallığı görmür və ya görmək istəmirlər, müharibədən sonrakı iki il ərzində Azərbaycanın irəliyə apardığı sülh danışıqları prosesini ardıcıl və metodik surətdə pozurlar. (...) Yuxarıda şərh edilənləri nəzərə alaraq, biz Avropa Parlamentinin rəhbərliyini korrupsiyaya qurşanmış bu destruktiv və qərəzli qüvvələri dayandırmağa, Cənubi Qafqaz bölgəsində yaranmış yeni reallıqları əks etdirən obyektiv sənədləri qəbul etməklə, bölgədə sülh və sabitlik yaradılması səylərinə kömək göstərməyə çağırırıq”, - bəyanatda vurğulanır. **
R.Əhmədov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət