2023-cü ilin əvvəlinə Azərbaycanda sənaye parkları və sənaye məhəllələrinin rezidentləri tərəfindən 8,8 milyard manatlıq məhsul istehsal edilib. Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) sədri Elşad Nuriyev deyib.
“Sənaye parkları və sənaye məhəllələrində indiyədək 8,8 milyard manatlıq məhsul istehsal edilib. Bundan 2,9 milyard manatlıq məhsul ixraca göndərilib ki, bu da bütün istehsalın təxminən 33%-ni təşkil edir”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
Sədr qeyd edib ki, ən çox istehsal 2022-ci ildə qeydə alınıb: 2,9 milyard manatlıq məhsul istehsal olunub, 1,1 milyard manatlıq məhsul isə ixrac edilib.
E.Nuriyev bildirib ki, hazırda sənaye məhəllələri və sənaye parklarının rezidenti olan 116 biznes subyektindən 65-i fəaliyyətə başlayıb.
Onun sözlərinə görə, rezidentlər tərəfindən 6,47 milyard manatdan artıq investisiya yatırılıb ki, bu da 103 mindən çox daimi iş yerinin açılmasına imkan verib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət