Avropa İttifaqı (Aİ) Azərbaycanla enerji sahəsində uzunmüddətli əməkdaşlığa ümid edir. Bunu Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.
“Bu, uzunmüddətli əməkdaşlıqdır (enerji sahəsində – İF). Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və qaz təchizatının sabitliyində Cənub Qaz Dəhlizinin rolu böyükdür. Əməkdaşlığımızı davam etdirmək istəyirik”, - deyə o, bu gün Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birgə mətbuat konfransında bildirib.
Aİ komissarı, həmçinin deyib ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra Aİ 2022-ci ildə enerji böhranı, enerji qiymətlərinin kəskin bahalaşması, eləcə də Rusiyadan qaz təchizatının dayandırılması ilə üzləşib. “Azərbaycan məhz bu çətin anda köməyimizə gəldi. Bundan başqa, biz LNG-nin idxal həcmlərini uğurla artırdıq. Azərbaycandan qaz tədarükü 40% artıb”, - deyə Simson qeyd edib.
O əlavə edib ki, 2027-ci ilədək Azərbaycandan qaz tədarükünün həcminin iki dəfə - 20 milyard kubmetrə qədər artırılması planlaşdırılır. “Bunun üçün biz Avropa daxilində də müəyyən işlər görməli və interkonnektorların yaradılmasına sərmayə qoymalıyıq. (...) Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasının bütün iştirakçıları bu genişlənmənin olacağına dair qətiyyətli mövqe bildiriblər”, - deyə Avropa komissarı vurğulayıb.
Simson əlavə edib ki, Aİ Transxəzər qaz kəmərinə də diqqət yetirir.
“Eyni zamanda, biz Azərbaycanla qaz təchizatı sahəsi ilə yanaşı, yaşıl enerji (külək və günəş enerjisi) və istixana qazlarının azaldılması sahələrində də əməkdaşlıq etmək istərdik”, - deyə o bildirib.
Avropa komissarının sözlərinə görə, Aİ Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində apardığı islahatları dəstəkləyir və hesab edir ki, bu sahədə uzunmüddətli əməkdaşlıq üçün yaxşı perspektivlər var.
Azərbaycan 2021-ci ildə Avropaya 8,1 milyard kubmetr qaz ixrac edib, 2022-ci ildə ixracın həcmi 11,4 milyard kubmetrə qədər artırılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət