İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə dövlət qurumlarının təmsilçiləri və iş adamlarından ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdədir.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş keçirilib.
Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvanda reallaşdırılan genişmiqyaslı tədbirlər, sistemli quruculuq işləri, o cümlədən mühüm infrastruktur layihələri, enerji təchizatı, müasir yolların, təhsil və səhiyyə obyektlərinin inşası, yeni müəssisələrin açılması və iş yerlərinin yaradılması istiqamətində görülən işlər vurğulanıb. Diqqətə çatdırılıb ki, Naxçıvanda idarəetmənin təkmilləşdirilməsi, iqtisadi potensialdan səmərəli istifadə, sosial-iqtisadi sahədə şəffaflığın artırılması, işgüzar mühitin yaxşılaşdırılması, sahibkarların qarşılaşdıqları çətinliklərin aradan qaldırılması prioritetdir. Bu sahədə həyata keçirilən nəticəyönümlü islahatlar Muxtar Respublikanın ölkəmizin iqtisadi artım templərinə uyğun davamlı inkişafını şərtləndirəcək.
Naxçıvanda sosial-iqtisadi sahədə müsbət dəyişikliklər yönündə görülən işlər, dövlət qurumlarının bu istiqamətdə fəaliyyətinin gücləndirilməsi tədbirləri barədə məlumat verilib, qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsində resursların və kadr potensialının səfərbər edildiyi qeyd olunub.
Görüşdə Naxçıvanda biznesin genişlənməsinə dəstək, özəl sektorun üzləşdiyi məsələlərin həlli yolları, müvafiq qurumların bu sahədə fəaliyyətinin gücləndirilməsi və s. barədə müzakirələr aparılıb.
Naxçıvana səfər çərçivəsində nazir Mikayıl Cabbarov Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə görüşüb. Görüşdə qurumun fəaliyyəti üzrə müzakirələr aparılıb. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və əldə olunan nəticələr fonunda İqtisadiyyat Nazirliyinin iqtisadi tənzimləmədə artan rolu vurğulanıb və Naxçıvanda da müvafiq qurumun səlahiyyətlərinin səmərəli şəkildə həyata keçirilməsinin önəmi diqqətə çatdırılıb, ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan hədəflərə nail olmaq üçün müvafiq tövsiyələr verilib.
Görüş çərçivəsində nazirlikdə mövcud şəraitlə tanışlıq olub.*
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət