Bakıda Azərbaycan Ordusunun müxtəlif qoşun növlərindən olan hərbi qulluqçular iştirakı ilə NATO-nun “Operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi” mövzusunda təlim kursu keçirilir. Bu barədə çərşənbə günü Müdafiə Nazirliyindən məlumat verilib.
“Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində NATO-nun Brunssumda yerləşən Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “Operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi” mövzusunda təlim kursu keçirilir”, - nazirliyin saytında məlumat verilir.
Təlim kursunda iştirakçılara mobil təlimin ssenarisi, qarşıya qoyulan tapşırıqlar və məqsədlərlə bağlı ətraflı məlumatlar verilib.
MN-nin məlumatına görə, kurs müddətində "NATO və hərbi əməkdaşlıq", "NATO-da əməliyyatların planlama prosesi", "NATO-da əməliyyatların qiymətləndirilməsi", "NATO-da əməliyyatların analiz sistemləri və bunlara əhatəli yanaşma" və digər mövzularda brifinqlər təqdim olunacaq, eləcə də qeyd olunan mövzulara dair müxtəlif məşğələlər keçiriləcək.
Nazirlikdən əlavə olunub ki, kurs fevralın 10-dək davam edəcək. **
R.Kərimov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət