Nazirlər Kabineti ölkəyə idxal olunan bir sıra malların gömrük rüsumundan azad edilməsi müddətini uzadıb.
Nazirlər Kabinetinin qərarına əsasən, maya kulturaları, quru aktiv mayalar, hazır çörəkçilik tozları, heyvanların yemlənməsi üçün istifadə edilən həll olunan balıq məhsulları və ya digər dəniz məməli heyvanlarından məhsullar, heyvanların yemlənməsi üçün istifadə edilən tərkibində süd məhsulları olmayan və ya bu məhsullar, heyvanların yemlənməsi üçün tərkibində nişasta, qlükoza, qlükoza siropu, maltodekstrin və ya maltodekstrin siropu olmayan, lakin süd məhsulları olan məhsullar, heyvanların yemlənməsi üçün melassa əlavəsi ilə çuğundur cecəsi, fermentlər və ferment preparatları 31 dekabr 2023-cü il tarixinədək 15 faiz idxal gömrük rüsumundan azad edilib.
Bundan başqa, salatlıq və ya yarpaqlı çuğundurun toxumlarından başqa digər tərəvəz bitkilərinin toxumları və balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar 31 dekabr 2023-cü il tarixinədək 5 faiz idxal gömrük rüsumundan azad edilib.
2022-ci ildə müvafiq rüsum dərəcələri 2022-ci il mayın 12-dən dekabrın 31-dək qüvvədə idi.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət