2023-cü ilin yanvar ayında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $464 milyon 156,16 min təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 4,5 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvarda Azərbaycanın xarici ticarət dövriyyəsi $3 milyard 289 milyon 529,4 min (2022-ci ilin yanvar ayı ilə müqayisədə azalma 19%) təşkil edib. Hesabat dövründə ixracın həcmi $1 milyard 876 milyon 842,78 min (azalma 1,6 dəfə), idxalın həcmi $1 milyard 412 milyon 686,62 min (artım 1,4 dəfə) təşkil edib.
İxracın strukturunda əsas həcm (84,84%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 12,02% ərzaq məhsullarının, 0,98% tütün və tütün məhsullarının, 5,05% əczaçılıq məhsullarının, 0,35% gübrələrin, 2,78% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 1,98% oduncaq və ondan hazırlanan məmulatların, 1,35% geyim və geyim aksessuarlarının, 5,64% qara metallar və onlardan hazırlanan məmulatların, 15,17% maşın, mexanizm, elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 23,08% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,64% mebelin, 30,96% digər məhsulların payına düşüb.
Xarici ticarət əməliyyatlarında 4,159 min özəl və dövlət müəssisəsi və 6,729 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 136 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvarda Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 32,23%-i), İsrail (12,64%), Türkiyə (11,69%), Almaniya (5,06%), Hindistan (4,57%), Vyetnam (4,54%), Çexiya (4,3%), Rusiya (3,65%), Gürcüstan (3,37%) və Rumıniya (3,05%) ilə, əsas idxal əməliyyatlarını isə Rusiya (18,96%), Fransa (13,1%), Çin (12,91%), Türkiyə (12,9%), Almaniya (4,64%), Türkmənistan (4,42%), İtaliya (3,38%), ABŞ (3,02%), Qazaxıstan (2,92%) və İranla (2,71%) həyata keçirib.
2022-ci ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $23 milyard 606 milyon 771,14 min təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 2,2 dəfə çoxdur.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət