Azərbaycan və Türkiyə telekanallarının birgə yayımı zamanı keçirilən «Türkiyə - tək ürək» şüarı altında kampaniya zamanı toplanan ianələrin məbləği 115,1 milyard lirə ($6 milyard 106 milyon) təşkil edib.
"Türkiyədə zəlzələ nəticəsində zərəçəkənlərə yardım etmək məqsədilə təşkil olunan kampaniyanı dünyanın müxtəlif ölkələrindən 213 televiziya və 562 radio kanalı dəstəkləyib. Türkiyə vaxtı ilə saat 03:10-a olan vəziyyətə görə kampaniya zamanı ianələrin məbləği 115,1 milyard lirə ($6 milyard 106 milyon) təşkil edib. 9 milyondan çox SMS dəstəyi gəlib", - Anadolu agentliyi məlumat verir.
Xeyriyyə aksiyası çərşənbə günü Türkiyə, Azərbaycan və Şimali Kipr Türkiyə Respublikasının TV və radiolarında birgə başlayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla xeyriyyə kampaniyasının canlı yayım studiyası ilə əlaqə saxlayıb.
Ərdoğan episentri Kahramanmaraşda olan dağıdıcı zəlzələnin qurbanlarının yaxınlarına və ailələrinə başsağlığı verib.
O qeyd edib ki, dövlətin bütün resursları ölkənin 11 əyalətinə dağıdıcı təsir göstərən zəlzələnin fəsadlarının aradan qaldırılmasına yönəldilib. Prezidentin sözlərinə görə, fəlakət zonasında 250 mindən çox insan fasiləsiz çalışır.
"Bizim məqsədimiz il ərzində dağılmış hər binanın əvəzinə evlər tikməkdir. Birinci mərhələdə hökumət 100 milyard lirə vəsait ayırıb. Bu aksiyaya gəldikdə, bugünkü kampaniya zamanı toplanan hər lirədən zəlzələ qurbanlarının ehtiyacları üçün istifadə ediləcək", - prezident əlavə edib.
Xəbər verildiyi kimi, fevralın 6-da Türkiyənin cənub-şərqində iki zəlzələ baş verib (yerli vaxtla 04:17-də - 7,7 bal və 13: 24-də - 7,6 bal).
Türkiyədə dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 35,4 min nəfəri ötüb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət