Azərbaycan Mərkəzi Bankı 2023-2026-cı illəri əhatə edən Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsini təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan”a AMB-dən məlumat verilib.
Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 15 fevral 2023-cü il tarixli qərarı ilə maliyyə sektorunun dayanıqlı maliyyəyə transformasiyası məqsədilə 2023-2026-cı illəri əhatə edən Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi təsdiq edilib.
Yol xəritəsi qabaqcıl beynəlxalq təcrübə nəzərə alınaraq hazırlanmış və iqlim dəyişmələri və ESİ meyarlarının maliyyə sektorunun tənzimlənməsi və nəzarəti çərçivəsinə, o cümlədən maliyyə institutlarının (bank, sığorta və kapital bazarı iştirakçıları) strateji qərarvermə və risklərin idarəedilməsi proseslərinə inteqrasiyası, bu sahədə müvafiq bazar standartlarının formalaşdırılması və dayanıqlı maliyyə alətləri üçün ekosistemin formalaşdırılması üzrə tədbirləri əhatə edir.
Sənəd 4 strateji prioriteti müəyyən edir:
- Dayanıqlı maliyyə sahəsində potensialın formalaşdırılması;
- Dayanıqlı maliyyə axınları üçün ekosistemin formalaşdırılması;
- İqlim dəyişmələri və ESİ faktorlarının risklərin idarə edilməsinə inteqrasiyası;
- Maliyyə bazarlarında şəffaflığın və bazar intizamının təmin edilməsi;
Yol xəritəsi 2027-ci ilədək Azərbaycanın bank sektoru, sığorta sektoru və kapital bazarının milli dayanıqlı inkişaf hədəfləri ilə uzlaşdırılması istiqamətində görüləcək tədbirləri müəyyən edir
AMB qeyd edir ki, ölkənin bank sektorunun aktivləri maliyyə sistemi aktivlərinin 90%-dən yuxarı hissəsini təşkil edir. Bank sektoru aktivləri 2022-ci ildə ÜDM-in 35%-i təşkil edib.
Pandemiya ilə bağlı yaranan qeyri-müəyyənliklər fonunda dövlət və AMB tərəfindən həyata keçirilmiş sinxron tədbirlər 2022-ci ildə iqtisadi canlanmanı sürətləndirib.
“Təhlillər kredit portfelinin dinamikası ilə iqtisadi aktivliyin dinamikası arasında yüksək korrelyasiyanın olduğunu göstərir. Mürəkkəb xarici mühit və şərtlərə baxmayaraq, bank sektoru mənfəətliyini qorumuşdur. Sektorun kapital mövqeyi prudensial tələbləri üstələməklə potensial itkiləri absorbsiya etmək imkanındadır”, - AMB-dən qeyd olunub. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət