Azərbaycan 2023-cü ildə qeyri-neft ixracını $3,4-3,5 milyarda çatdırmağı planlaşdırır. Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPOMO) icraçı direktoru Yusif Abdullayev deyib.
“2022-ci ilin yekunları üzrə Azərbaycanın qeyri-neft ixracı ilk dəfə $3 milyardı ötüb. Bu il qeyri-neft ixracını $3,4-3,5 milyarda çatdırmağı planlaşdırırıq”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
İcraçı direktorun sözlərinə görə, ötən il qeyri-neft ixracı 107 ölkəyə həyata keçirilib, lakin ixracın əsas hissəsi (79%-i) 9 ölkənin - Türkiyə, Rusiya, ABŞ, İsveçrə, Gürcüstan, Rumıniya, Qazaxıstan və digər ölkələrin payına düşüb.
Abdullayev məlumat verib ki, bu il 2023-2026-cı illər üçün Milli İxrac Strategiyası qəbul ediləcək.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracının həcmi $3 milyard 47,67 milyon təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 12,3% çoxdur.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilə qədər qeyri-neft ixracının həcmi $5 milyarda çatacaq.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət