ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsində Rusiya və ya kimlə isə rəqabət aparmır. Bu barədə Dövlət Departamentinin spikeri Ned Prays bəyan edib.
«Biz özümüzü başqa bir vasitəçilik təklifinə qarşı qoymaq niyyətində deyilik və əslində vasitəçi deyil, iki ölkənin (Azərbaycan və Ermənistan - İF) tərəfdaşıyıq», - Prays brifinqdə bildirib.
Onun sözlərinə görə, ABŞ “iki ölkəni yaxınlaşdırmaq bacarığımızı, Ermənistanla Azərbaycan arasında münasibətlərdə əlavə irəliləyişə şərait yaratmaq hazırlığımızı”, “sözdə və işdə iki ölkə ilə münasibətlərin xarakterini nümayiş etdirib”.
“Biz bunu Moskva ilə rəqabət aparmaq üçün etmirik. Biz bunu qeyd olunan iki ölkə arasında köhnə mübahisənin həlli və nizamlanmasına nail olmaq məqsədilə edirik. Bizi burada sülh və təhlükəsizlik maraqlandırır. Bu, həmçinin Ermənistan və Azərbaycan xalqlarının maraqlarına xidmət edir”, - ABŞ Dövlət Departamentinin nümayəndəsi bəyan edib.
O əlavə edib ki, Bakı və İrəvan birbaşa dialoq və müzakirələri davam etdirməlidir və qeyd edib ki, Vaşinqton “dayanıqlı sülhün təminatı üzrə səylərdə tərəfdaş” olmağa hazırdır. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət