2022-ci ildə fəaliyyətinin yekunları üzrə “A-Qroup” sığorta şirkətinin xalis mənfəəti 57,19 min mаnаt təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə sığorta şirkətindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2021-ci ildə fəaliyyətinin yekunları üzrə “A-Qroup”un xalis mənfəəti 1 milyon 13 min 75,21 mаnаt təşkil edib. Beləliklə, ötən il şirkətin xalis mənfəəti 2021-ci illə müqayisədə 17,7 dəfə azalıb.
“A-Qroup” şirkətinin auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatına əsasən, 2022-ci il ərzində onun gəlirləri 22 milyon 48 min 258,19 mаnаt, o cümlədən birbaşa sığorta haqları 24 milyon 631 min 590,61 manat (2021-ci illə müqayisədə artım 29,2% - İF), investisiya gəlirləri - 218 min 212,54 manat təşkil edib. 2022-ci ildə şirkətin sığorta ehtiyatlarının mənfi göatəricisi 4 milyon manat təşkil edib, bu da ümumi gəlirlərin azalmasına səbəb olub. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
Ötən il şirkətin xərcləri 21 milyon 976 min 770,36 manat, sığorta ödənişlərinin həcmi 12 milyon 826 min 866,17 manat (2021-ci illə müqayisədə artım 9,3%), qaytarılan sığorta haqları 566 min 73,13 manat, sığorta işinin aparılması xərcləri 5 milyon 750 min 479,31 manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
2022-ci ildə şirkətin vergi ödənilənədək mənfəəti 71 min 487,83 manat, mənfəət vergisi üzrə ödənişləri 14 min 297,57 manat təşkil edib.
Ötən il “A-Qroup”un aktivləri 15% - 29 milyon 201 min 507,7 manatadək, öhdəlikləri 35,9% - 17 milyon 737 min 840,97 manatadək, kapitalı 7,1% - 11 milyon 463 min 666,74 manatadək artıb.
Şirkətin nizamnamə kapitalı isə dəyişməz qalıb (10 mln. 5,25 min manat).
2022-ci ildə şirkətin banklarda yerləşdirdiyi depozitlərin həcmi 2,3% - 6 milyon 799,999 min manatadək artıb.
“A-Qroup” ASC 1996-cı ildən sığorta bazarında fəaliyyət göstərir. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət